Avtobusla yük maşını toqquşub,..10 nəfər xəsarət alıb

...Moskva yaxınlığındakı Şçelkovoda avtobusun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Moskva vilayəti polisinin Teleqram kanalı yayıb.

...Hadisə saat 16:50 radələrində M-7 Volqa yolunun 37-ci kilometrliyində baş verib. Toqquşmanın mümkün səbəbi kimi məsafənin qorunmaması göstərilir.

Qeyd olunur ki, hazırda Dövlət Yol Müfəttişliyinin müfəttişləri hadisə yerində işləyir, hadisənin bütün hallarını aydınlaşdırmaqda davam edirlər.

Daha əvvəl bildirilirdi ki, Kursk vilayətinin paytaxtında iki avtobusun toqquşması zamanı qaz balonu partlayıb.

Qəza və partlayış nəticəsində 6 nəfər xəsarət alıb.

... Avtobus əyləclərinin nasazlığı səbəbindən qəzaya uğrayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə