Urallı kişi çağırdığı təcili yardımın feldşerinə hücum edib

Urallı kişi çağırdığı təcili yardımın feldşerinə hücum edib

Ural sakini təcili yardım briqadasının üzvünə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətinin verdiyi xəbərə görə, hadisə ötən cümə günü, fevralın 23-də Boqdanoviç şəhərindəki mənzillərin birində baş verib.

Müəyyən edilib ki, kişiyə təcili yardım göstərmək üçün həkim briqadası gəlib, lakin xəstə naməlum səbəblərdən tibb işçilərindən birinə hücum edərək onun başından xəsarət yetirib.

Hadisə ilə bağlı istintaq başladılıb, tibb işçisinə hücumun bütün halları aydınlaşdırılır.

İstintaq çərçivəsində müstəntiqlər zərərçəkmiş və hadisə şahidlərini dindirmək niyyətindədirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə