Vladimirdə 56 nəfər şavarmadan zəhərlənib

Vladimirdə 56 nəfər şavarmadan zəhərlənib

Rospotrebnadzorun regional idarəsi xəbər verir ki, Vladimirdə 56 nəfər, o cümlədən 13 uşaq şavarmadan zəhərlənib.

Laborator müayinələrin ilkin nəticələrinə görə, zəhərlənməyə səbəb salmonella olub. Rospotrebnadzor bildirib ki, xəsarət alanların vəziyyəti orta ağırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, insanların hansı müəssisədə zəhərlənə biləcəyi barədə məlumat verilmir.

Lakin hazırda şəhərin beş iaşə obyektini yoxlamağa başlandığı deyilir.

Vladimir vilayəti prokurorluğunun mətbuat xidməti hazırda bütün şavarma satan iaşğ məntəqələrində məhsulların satışdan çıxarıldığını bildirib.

Faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi başlanıb.

Rosselxoznadzorun Vladimir, Kostroma və İvanovo vilayətləri üzrə şöbəsi ətin təhlükəsizliyini təsdiq edən baytarlıq sənədləri olmadan pərakəndə satış məntəqələrinə gətirildiyini müəyyən edib.
Bundan əlavə, ictimai iaşə müəssisələri heyvandarlıq məhsullarının monitorinqi üçün məlumat sistemində, "Merkuri" Federal Dövlət İnformasiya Sistemində qeydiyyata alınmayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə