Bakıda daş karxanasında işçilərin pulları oğurlanıb

Bakıda daş karxanasında işçilərin pulları oğurlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında otaqların birində orada işləyən 5 nəfərin 1000 manata yaxın pullarının və mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polsə məlumat daxil olub.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Nadir Ağamaliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə