Azərbaycan Fransa Məzunları Assosiasiyasının növbəti iclası keçirilib

11 iyun 2021-ci il tarixində Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru dosent Vazeh Əskərovun təşəbbüsü və Fransanın Azərbaycandakı Səfirliyinin (əməkdaşlıq və mədəni işlər şöbəsinin) dəstəyi ilə, Azərbaycan Fransa Məzunları Assosiasiyasının (AFMA) növbəti iclası keçirilmişdir. Fransada təhsil almış bir qrup azərbaycanlı məzunların iştirakı ilə baş tutmuş görüş Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilmişdir. İclasda Fransanın müxtəlif universitetini bitirmiş və müxtəlif peşə sektrolarını təmsil edən 9 Fransa məzunu iştirak etmişdir. Onların arasında özəl sektoru (BP, Azərbaycan Beynəlxalq Bank), dövlət sektoru (Milli Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi), ali təhsil sektoru (UFAZ), mədəniyyət sektoru və idman sektorunu (Azərbaycan Gimnastika Federasiyasi), eləcə də UFAZ-ın Məzunlar Assosiasiyasının nümayəndəsi iştirak edirdi.

İclasın gündəliyində əsas üç məsələ, Məzunlar Assosiyasiyanın Nizamnaməsinin təsdiqi, Assosiyasiyanın Məzunlar Yığıncağının üzvlərinin və Assisiyasıyanın Prezidentinin seçilməsi dururdu. İlk olaraq AFMA-nın Nizamnaməsi müzakirə edilərək təsdiq edilmişdir. Qeyd edək ki, Məzunlar Yığıncağı Asossiyasiyanın üzvlərindən seçilir və 9 üzvdən ibarət tərkibdə formalaşdırılır. Yığıncaq 2 (iki) il müddətinə seçilir. Assosiyasiyanın Prezidenti Yığıncağın qərarı ilə seçilir və eyni Yığıncağın üzvü hesab edilir.

Növbəti məsələdə Assosiyasiyanın Məzunlar Yığıncağının 9 nəfərlik üzvləri seçilmişdir. Sonda Məzunlar Yığıncağı AFMA-nın prezidenti vəzəfəsinə Vazeh Əskərovun namizədliyini irəli sürərək yekdilliklə onu Assosiyasıyanın prezidenti seçmişlər. İclasda eyni zamanda assosiyasiyanın fəaliyyətinin və hüquqi olaraq yaradılması üçün qeydiyyatdan keçmək üçün addımların atılması razılaşdırılmışdır.

İclasda eyni zamanda AFMA-nın missiyası, görüləcək işlər və fəaliyyət növləri bir daha müzakirə olunub qəbul edilmişdir. Assosiyasiya eyni zamanda, müasir Azərbaycan gənclərinin Fransa universitetlərində təhsil almağı təbliğ etmək və Fransanın Azərbaycandakı səfirliyi ilə qarşılıqlı əlaqələrin yaradılması və həmçinin Fransa ali təhsilinin yüksək səviyyəli həm özəl, həm də dövlət sektorundan olan bir sıra azərbaycanlı kadrların hazırlanmasına verdiyi töhfəni ictimaiyyətin nəzərinə çatdırmağı hədəfləyir.

Assosiasiyanın fəaliyyəti üçün irəli sürülən təkliflər arasında aşağıdakılar qeyd edilmişdir:

  • Fransada təhsil almış azərbaycanlı məzunların elektron siyahısını hazırlamaq;
  • Azərbaycanda təşkil olunan müxtəlif əmək yarmarkalarında və forumlarında fəal iştirak etmək;
  • Azərbaycandakı digər məzunlar təşkilatları ilə əməkdaşlıq etmək;
  • CCIAF (Fransa-Azərbaycan ticarət və sənaye palatası) ilə birgə əməkdaşlıq çərçivəsində fransızdilli və digər tələbələr üçün nəzərdə tutulmuş Fransız-Azərbaycan iş yarmarkasının təşkili;
  • təhsil sahələrinə uyğun olaraq məzunlar tərəfindən müxtəlif mövzulu konfransların təşkili;
  • sosial şəbəkələrdə yayımlamaq üçün videolarının hazırlanması;
  • təhsil yarmarkalarında və ya məktəb və universitetlərdə təqdimatlar zamanı Campus France Azərbaycan heyəti tərəfdən məzunların çıxışı və s. yer alır.

Görüşdə həmçinin iştiak edən Fransa səfirliyinin əməkdaşlıq və mədəni işlər üzrə müşaviri Jerom Kell və Səfirliyin Campus France üzrə məsul şəxs Mədinə Mollayeva assosiyasıyanın yaradılması üçün səfirliyin mənəvi və maddi dəstəkləyəcəyini bildirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...