Tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur Nazirlik

Biz hər şagirdin ənənəvi təhsil almasının tərəfdarıyıq, amma indi yaranmış vəziyyətdə ən düzgün yol distant təhsildir.

SİA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sutka ərzində yoluxma sayının 1000-dən çox olması artıq distant təhsilin təşkili barədə qərarın verilməsinə səbəb olub.

Nazir bildirib ki, hazırda hər bir vətəndaşın verə biləcəyi töhfə qaydalara əməl etməkdir.

Nazirin sözlərinə görə, tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur. Bu il tətillər bu və digər formada kompensasiya ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə