Təhsil Nazirliyi maarifləndirici məlumatlar təqdim edib FOTO

Təhsil Nazirliyi "Virtual məktəb"lə bağlı maarifləndirici məlumatlar təqdim edib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, "Virtual məktəb"lə bağlı edilən çoxsaylı müraciətlər təhlil edilib.

Bunun əsasında ən çox verilən suallara dair hazırlanmış poster, şifrənin bərpası qaydası ilə bağlı videorolik və ümumtəhsil məktəbləri üçün 2020-2021-ci tədris ilində "Virtual məktəb" platformasında tədris prosesinin təşkilinə dair təlimat hazırlanıb.

Həmin təlimat https://edu.gov.az/upload/file/xeber/2020/09/virtual-mekteb-telimat.pdf linkində təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə