AMEA-nın ümumi yığıncağı keçirilib YENİLƏNİB - SƏS TV

Bu gün AMEA-nın ümumi yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrası istiqamətində AMEA-da görülən işlər, reallaşdırılan layihələr iştirakçılar tərəfındən maraqla qarşılanıb.

Ümumi yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Daha sonra Akif Əlizadə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası haqqında yekun hesabat məruzəsi ilə çıxış edib.

Bu il dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü olduğunu qeyd edən akademik A.Əlizadə Azərbaycanın bu müddətdə öz strateji hədəflərinə doğru inamla irəlilədiyini bildirib: "Ümummilli Lider Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev hələ on il bundan əvvəl "neft kapitalının insan kapitalına çevrilməsi" strategiyasını elan etməklə intellektual inkişaf modelinə əsaslanan modern cəmiyyət quruculuğunun Azərbaycan üçün də əsas hədəf olduğunu bütün dünyaya bəyan etdi. Son günlər dünya bazarında neftin qiymətinin qeyri-stabilliyi, dünyada iqtisadi böhranın dərinləşməsi bir daha onu sübut etdi ki, İlham Əliyevin xeyli öncədən miiəyyənləşdirdiyi intellektual inkişaf strategiyası tamamilə düzgün seçim idi. Bəli, 25 illik yubileyinə yaxınlaşdığımız müstəqil Azərbaycanın inkişafının əsasında neft kapitalı ilə insan kapitalının, ölkənin təbii resursları ilə intellektual potensialın vəhdəti strategiyası dayanır. Dünyada və regionda baş verən böhranlara, kataklizmlərə baxmayaraq, biz "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bəyan edildiyi kimi, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinə doğru irəliləyirik".

Akademik Akif Əlizadə elmin inkişafı üzrə Milli Strategiyada öz əksini tapan Azərbaycan elminin gələcək hədəflərini nəzərdə tutan bir sıra mühüm istiqamətlər haqqında da danışıb. Qeyd edib ki, AMEA-da elmi-analitik təhlillərin aparılması üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədəki işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin dəyərləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənib hazırlanıb. Elmi-tədqiqat müəssisələri haqqında toplanmış məlumatlar araşdırmaların nəticəsi əsasında təhlil edilib və konkret proqramla 2009-2013-cü illər ərzindəki elmi fəaliyyətin ilkin qiymətləndirilməsi həyata keçirilib.

Bildirilib ki, strategiyada iki mühüm meyar - dünya elminin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn Azərbaycan elminin hədəfləri əsas götürülüb. Bu istiqamətdə görülən işlər haqqında geniş məlumat verən AMEA rəhbəri bu vəzifələrin öhdəsindən gəlmək üçün növbəti mərhələdə də elmin inkişafı üzrə Milli Strategiyanın qəbulunun zəruriliyini vurğulayıb.

Daha sonra təhsil naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Elsəvər Ağayev, ARDNŞ-nin vitse-prezidenti və başqaları çıxış ediblər.

Akademik Akif Əlizadə AMEA-nın 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında çıxış edib. O, elmi infrastrukturun modernləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qabaqcıl texnologiyalar əsasında qurulması, yüksəkixtisaslı kadrların hazırlanması, elm, təhsil və istehsalın inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatın gücləndirilməsi və nəhayət Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində görülən işlər barədə geniş məlumat verib. Hesabat ilində AMEA-nın strukturu, idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyini, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm tədbirlərin həyata keçirildiyini bildirib: "Bu tədbirlər, əsasən AMEA-da elmi-təşkilati fəaliyyətin yeni əsaslarla təşkili, elmi kadr hazırlığı, elmi-innovativ fəaliyyətin gücləndirilməsi, hüquqi islahatlarm həyata keçirilməsi, elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması. elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin qurulması, AMEA-nın maddi-texniki bazasınm gücləndirilməsi və s. istiqamətləri əhatə edir".

A.Əlizadə hesabat ilində AMEA-nın 70 illiyinin tamam olduğunu, ölkə başçısının bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi haqqında müvafıq Sərəncamından irəli gələn vəzifələri rəhbər tutaraq beynəlxalq və respublika miqyaslı çoxsaylı tədbirlərin keçirilməsi, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, Akademiyanın tarixi və onun görkəmli niimayəndələri haqqında kitabların nəşri, elmin populyarlaşdırılması və təbliği və s. istiqamətdə çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Akademiyanın yubiley tədbirində çıxışı zamanı irəli sürdüyü elmi prioritetlərin icrasınm təmin edilməsi üçün müvafiq qərarlar qəbul edilib, elmi müəssisələr və alimlər qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Elmlə təhsilin inteqrasiyası istiqamətində görülən işlərə də toxunan akademik AMEA-da təhsilin inkişafı üçün qanunvericilikdə müvafıq dəyişikliklər edildiyini, bir sıra institutların nəzdində bəzi ali təhsil müəssisələrinin baza kafedralarının yaradıldığını, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarınm imzalandığını qeyd edib.

A.Əlizadə Akademiyada magistratura təhsilinin yaradılmasını elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət kimi dəyərləndirib: "İlkin olaraq doqquz ixtisas üzrə magistratura təhsili həyata keçirildi, növbəti təhsil ili üçün 63 nəfərin magistraturaya qəbulu gözlənilir".

Akademik gələcəkdə həyata keçiriləcək tədbirlərdən də danışıb: "Fundamental və tətbiqi tədqiqatların prioritetlərinin respublikamızın mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan alimlərinin qəbul olunmuş dövlət proqramlarının icrasında yaxından iştirakını təmin etmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatları inkişaf etdirmək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemlərini müzakirə edib həlli yollarını üzə çıxarmaq, milli innovativ mühiti formalaşdırmaq, elm-təhsil-istehsalat münasibətlərini inkişaf etdirmək qarşıda duran vəzifələrdəndir. Əminəm ki, əvvəlki illərdə olduğu kimi gələcəkdə də Azərbaycan alimləri dövlətin elmə olan diqqət və qayğısı, həmçinin elmi potensialın müasir tələblər səviyyəsində səfərbər edilməsi nəticəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək".

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə