Bu gün Təhsil Nazirliyində "Yeni ixtisasartırma modelinə keçid" mövzusuna həsr olunmuş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müşavirədə "Yeni ixtisasartırma modelinə keçid" mövzusunda təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiqinin hüquqi-normativ əsasları və müsbət cəhətləri barədə məlumat verib.
Yeni modelə əsasən ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulmasının nəzərdə tutulduğunu bildirən Misir Mərdanov həmin modulların tərkib hissələrindən söhbət açıb.
M.Mərdanov qeyd edib ki, yeni ixtisasartırma modeli ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB