CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 93,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 91,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,66 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 90,09 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə