Hindistan səfirliyi Texniki və İqtisadi Əməkdaşlığa (ITEC) dair tədbir keçirib FOTOLAR

Hindistanın Müstəqilliyinin 75-ci ildönümü ilə bağlı “Azadi Ka Amrit Mahotsav” tədbirləri çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi bu gün Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) 2022 günü münasibətilə tədbir təşkil edib. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və digər nazirliklərin rəsmiləri, ITEC proqramının məzunları, Hindistanın Azərbaycanda fəaliyyət göstərən icma birliklərinin rəhbərləri, hind icmasının tanınmış üzləri və KİV nümayəndələri iştirak ediblər.

Hindistanın Müvəqqəti İşlər Vəkili cənab Vinay Kumar çıxışında Azərbaycanın, o cümlədən tərəfdaş ölkələrdən olan iştirakçıların potensialının artırılmasında ITEC proqramının əhəmiyyətini vurğuladı. O, Hindistanın müstəqilliyinin 75-ci ilinin başa çatması ilə əlaqədar Hindistan hökuməti tərəfindən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsünün qeyd edilməsi barədə toplaşanlara məlumat verib. O, həmçinin 2022-ci ilin yanvar-avqust aylarında iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 159,5% artaraq 1,528 milyard ABŞ dolları məbəlğinə çatdığını vurğulayıb.

Tədbir zamanı nümayiş etdirilən ITEC haqqında qısametrajlı filmdə Hindistanın Xarici İşlər Naziri Dr. S. Caişankar vurğulayıb: “Hindistanın tərəqqi və inkişaf sahəsində əməkdaşlığı Hindistanın xarici siyasətinin əsas komponentidir. Bu proqram, şərtsiz təklif olunur və tərəfdaşlıq, qarşılıqlı fayda və həmrəylik prinsiplərinə söykənir. Hindistan hesab edir ki, dünyanın inkişafı və rifahı vahid və bölünməzdir. Hamımız birlikdə inkişaf edirik”. Hindistanın Xarici İşlər üzrə Dövlət Naziri möhtərəm cənab V. Muraleedharan isə qeyd edib ki, “ITEC proqramı istər kənd təsərrüfatı, kənd yerlərinin inkişafı, idarəetmə, bank işi, istərsə də ətraf mühitin dayanaqlılığı və iqlim dəyişikliyi olsun, tələbat üzərində qurulub. Ayurveda və yoqa üzrə qədim biliklərimizi bölüşməklə yanaşı, ITEC proqramı, həmçinin Hindistanın qlobal miqyasda qəbul edilmiş təcrübəsini də bölüşür”.

Tədbir zamanı ITEC-in Azərbaycandan olan məzunları Hindistanda ITEC təlimi zamanı yaddaqalan təcrübələrini bölüşərək, əldə etdikləri bilik və bacarıqlardan öz işlədikləri sahələrdə istifadə etdiklərini vurğulayıblar.

Tədbirdə bildirilib ki, ITEC Proqramı çərçivəsində Hindistan Hökuməti bir çox sahələr üzrə 300-dən çox qısamüddətli və orta müddətli kurslarda Hindistanın ən yaxşı institutlarında tam maliyyələşdirilən təqaüdlər təqdim edir. Hər ill, 30-a yaxın azərbaycanlı ITEC təqaüdçüsü müxtəlif ITEC kurslarında iştirak etmək üçün Hindistana gedir. Pandemiya dövründə bu təlim proqramları onlayn rejimə keçirilib və artıq 200-dən çox azərbaycanlı iştirakçı e-ITEC proqramlarında iştirak edib. Hal-hazırda, səfər məhdudiyyətlərinin yumşaldılması ilə əlaqədar rəsmi ITEC proqramları yenidən işə salınıb və 8 Azərbaycan məmuru artıq son bir neçə ay ərzində Hindistanda ITEC təlimində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə