Dolların bahalaşacaq? - DİQQƏT! - İQTİSADÇI ŞƏRH ETDİ

Dolların bahalaşacaq? - DİQQƏT! - İQTİSADÇI ŞƏRH ETDİ

"ABŞ Federal Ehtiyyat sisteminin qərarı ilə dolların uçot dərəcəsinin yenidən qaldırılması əslində gözlənilən idi. Çünki ilin əvvəlində artıq bu cür toplantıların olacağı və uçot dərəcəsinin qaldırılacağı ilə bağlı qərar açıqlanmışdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər uçot dərəcəsinin artması müşahidə edilə bilər: "Səbəb budur ki, ABŞ son illərin ən böyük inflyasiyasını yaşayır. Məhz inflyasiyanı cilovlamaq üçün də sosial siyasətdən istifadə edir. Bu təbii olaraq digər valyutalara da öz təsirini göstərəcək. Çünki dünyanın bir nömrəli valyutası məhz dollardır. Düşünürəm ki, Azərbaycan manatına olan münasibət hazırda hamı üçün maraqlıdır. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında manatın məzənnəsi birbaşa inzibati yolla tənzimlənir. Yəni iqtisadi metodla tənzimlənmir.

Azərbaycanda mövcud makro-iqtisadi vəziyyət manatın məzənnə stabilliyinin qorunub saxlanılmasına imkan vermişdir. Valyuta ehtiyyatlarının mövcudluğu, neftin qiymətinin yuxarı olması, eləcə də dollara olan tələbatın pik həddə qalxmaması dolların 1 manat 70 qəpik səviyyəsində saxlanılmasına imkan vermişdir. İlin sonuna qədər də bu belə davam edəcək. Qarşıdakı illərdə isə fərqli situasiyalar yarana bilər. Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial iqtisadi inkişafla bağlı plan var və bu planda göstərilir ki, 2026-cı ilə qədər dolların məzənnəsi 1 manat 70 qəpik səviyyəsində saxlanılması gözlənilir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə