“Azəriqaz”ın bir qrup əməkdaşı nümunəvi əmək fəaliyyətinə görə mükafatlandırılıb
Regionların qazlaşdırılması dövlətimizin başçısının Azərbaycan vətəndaşına sosial dəstəyidir. Biz də “Azəriqaz” İstehsalat Birliyi olaraq bu işdə vasitəçiyik. Siz şərəfli işi icra edirsiniz. Ona görə də mən sizə təşəkkür edirəm. “Azəriqaz”dan SA-ya bildirilib ki, bu sözləri qurumun baş direktoru Ruslan Əliyev Siyəzən rayonunda Birlik əməkdaşları ilə görüşü zamanı söyləyib.
Birliyin rəhbəri səfər çərçivəsində rayonun Balaca Həmyə kəndində qazlaşdırılma işləri ilə tanış olub. Baş direktora sözügedən kənddə işlərin artıq yekunlaşdığı ilə bağlı məlumat verilib.
Ruslan Əliyev, həmçinin kənd sakinləri ilə də görüş keçirib. Ünvanlanan müraciətlərin dərhal icrası ilə bağlı yerindəcə tapşırıq verilib. Daha sonra bir qrup Birlik əməkdaşı baş direktor tərəfindən “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.
Baş direktor Xızı rayonunun Giləzi qəsəbəsində yeni yaşayış massivinin qazlaşdırılması işləri ilə də tanış olub.
Bildirilib ki, son tamamlanma işləri gedən massivdə 2400 metr uzunluğunda çəkilən küçə qaz xətti 20 fərdi yaşayış evinin mavi yanacaqla təmin olunmasına xidmət edəcək. Ruslan Əliyev görüş zamanı bir qrup Birlik əməkdaşını “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri fərman və hədiyyə ilə mükafatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB