Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 97,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,28 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə