Azərbaycan nefti 2,5 dollar bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 97,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,52 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,21 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,56 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə