Avro ucuzlaşmaqda davam edir – SƏBƏBLƏR VƏ TƏSİRLƏR - TƏHLİL

Avro ucuzlaşmaqda davam edir – SƏBƏBLƏR VƏ TƏSİRLƏR - TƏHLİL

Avronun durmadan ucuzlaşmasını müşahidə etməkdəyik və bunun nə qədər davam edəcəyi də hələ bəlli deyil. Bəlli olan odur ki, avro dəyərini itirməkdə davam edir. Artıq avro son günlər 20 il ərzində ilk dəfədir ki, 0,99 dollara mübadilə olunmağa başlayıb. Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi olan avronun beləcə dəyər itirməkdə davam etməsi, sözsüz ki, düşündürücüdür və bu pul vahidinin durmadan dəyərdən düşməsinin səbəbləri, eləcə də müxtəlif istiqamətlərdə təsirsir ötüşüb-ötüşməyəcəyi də maraqlı məqamlardır.

Doğrudur, avronun beləcə ucuzlaşmaqda, dollara nisbətən dəyərini itirməkdə davam etməsinin bir izahı olmalıdır və var. Yəni, sözsüz ki, bu zamana qədər dollardan baha olan pul vahidinin indi həmin valyutadan da aşağı qiymətə mübadilə edilməsi səbəbsiz ola bilməz. Sözügedən pul vahidinin davamlı olaraq dəyərdən düşməsi, əsasən, Rusiyadan qaz təchizatı məsələsi ilə əlaqələndirilir. Məsələ burasındadır ki, bu fakt yeganə səbəb ola bilməz. Daha dəqiq desək, avronun dəyərdən düşməsinin köklü səbəblərinin olduğu danılmazdır.

Avronun ümumən dəyər itirməsinin ən birinci səbəbi hamıya bəllidir. Bəllidir ki, avronun tədavül edildiyi zonada yüksək inflyasiya var və bu, açıq-aşkar etiraf olunur. Bunu etiraf etməmək də mümkün deyil, çünki bu ilin avqustunda həmin rəqəm növbəti tarixi maksimumuna çatıb və 9,1 faiz səviyyəsində olduğu da bəllidir. Xatırladaq ki, avronun tədavül edildiyi zonada inflyasiya göstəricisi bir ay öncə fəqrli idi, daha dəqiq desək, iyul ayında bu rəqəm 8,9 faiz olub. Onu da diqqətə çatdıraq ki, Avropa Mərkəzi Bankı cəmi 2 faiz inflyasiya proqnozlaşdırmışdı, halbuki real göstərici bundan 4,5 dəfə çox olduğunu təsdiqləyir.

Nəzərə almaq lazımdır ki, enerji dayıcıları sahəsində qiymətlər 38,3 faiz qalxıb. Sözsüz ki, bunun da avronun tədavül edildiyi zonada hansısa təsirlərə səbəb olacağı gözlənilən idi. Yəni, inflyasiyanın ortaya çıxması heç də təsadüfi sayıla bilməz və məhz bu məsələdə enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan artım əhəmiyyətli dərəcədə rol oynayır. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, ilk növbədə inflyasiya enerji daşıyıcılarının qiymətlərinə, daha doğrusu, qiymətlərinin artımına görə belə yuksəlməkdədir.

Ola bilsin, belə bir fikir formalaşa bilər ki, guya enerji daşıyıcılarının qiymətinin bahalaşması, ardınca da inflyasiya, avronun ucuzlaşması təkcə, Rusiya-Ukrayna müharibəsinə görədir. Əslində isə bu belə deyil. Yəni, əvvəlcədən də bütün bunlar üçün zəmin yaranmışdı. Nəzərə almaq lazımdır ki, daşınmalar üzrə zəncir burada əsaslı rol oynayır və həminzəncirin hələ də pandemiyadan əvvəlki vəziyyətə qayıtmadığı günümüzün reallığıdır. Məhz qarşılaşılan təzahürlər də bu reallıq səbəbindəndir və avrozonada qiymətlərin keçən ildən bahalaşmağa başlaması da təsadüfi, yaxud səbəbsiz deyil.

Səbəblərin hansılar olmasından asılı olmayaraq, bu valyutanın ucuzlaşması diqqət mərkəzində saxlanılmalı, ələlxüsus, həmin o pul vahidinin keçərli olduğu Avropanın böyük bir qrup ölkələri ilə qarşılıqlı iqtisadi və ticarət əlaqələrində olan hər bir ölkə üçün bu məsələ daim nəzarətdə olmalıdır. Çünki, təsirlər qaçılmazdır və iqtisadi, eləcə də ticari əlaqələrin qurulduğu ölkənin pul vahidinin ucuzlaşması zamanı müxtəlif təsirlərin olacağı barədə düşünmək məntiqidir, eyni zamanda olduqca vacibdir.

Maraqlıdır, bəs, bunun, yəni avronun dəyərinin aşağı düşməsinin ölkəmizə təsiri varmı? Yaxud, bundan sonra hansısa təsirlər gözləniləndirmi? Avronun dəyəriin aşağı düşməsi manatın dəyərinə hansısa formada təsir edə bilərmi? Bildiyimiz kimi, Azərbaycan manatının dəyəri neftin dünya bazar qiymətləri ilə bilavasitə bağlıdır. Daha dəqiq desək, manatın dəyəri neftin dünya bazarında hansı qiymətə satılmasına əsasən müəyyən olunur. Onu da nəzərə almaq lazımdır ki, neft dünyada ABŞ valyutası, yəni dollar ilə alınıb-satılır və ölkəmizin gəlirləri də əsasən dollarla hesablanır. Deməli, Azərbaycan manatının məzənnəsi də bilavasitə Amerika valyutasına bağlıdır.

Ölkəmizin valyutası, manat ABŞ dollarına bağlı olduğu halda, avronun dəyərini itirməkdə davam etməsi, onun dollara nisbətən qiymətinin aşağı düşməsi manatın dollara nisbətən məzənnəsinə təsir edə bilməz. Əksinə, avronun özünün hətta manatın məzənnəsinə qarşı da ucuzlaşması əvvəlcədən bəlli və gözləniləndir. Avronun manat qarşısında ucuzlaşması isə heç nəyə dəlalət edə və hansısa əhəmiyyət kəsb edə bilməz. Yalnız bir halda əhəmiyyət kəsb edə, özü də müsbət əhəmiyyət kəsb edə bilərdi ki, avronun tədavül edildiyi zonadan gətirilən mallar Azərbaycana ucuz başa gəlsin, amma Avropada inflyasiyanın baş alıb getməsi fonunda bu mümkün olan deyil. Çünki Avropada əvvəla hər bir məhsul bahadır və bahalaşmaqda da davam edir.

Avropadan ərzaq və yaxud digər mallar ölkəmizə gətirilə bilər. Məsələ burasındadır ki, avrozanda ərzaq inflyasiyası özü 10,5 faizdir və deməli, artmaqda davam edir. Digər məhsullarda, eləcə də xidmətlərdə də orta hesabla 4-5 faiz inflyasiya müşahidə edilir. Belə olan halda, avro ucuzlaşsa da, yaxud bahalaşsa da bizim üçün heç bir fərq eləmir və xüsusən Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidinin ucuzlaşmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur.

Doğrudur, ölkəmizin maliyyə ehtiyatlarının bir hissəsi avro ilədir. Bu mənada avronun ucuzlaşmasında itkinin heç olmamasından söhbət gedə bilməz. Məhz bu baxımdan itkilərimiz var. Yəni, ölkəmizin maliyyə ehtiyatlarının avro ilə olan hissəsinə görə itkilərimiz danılmazdır. Özü də bunun hələ davam etməsi və nə vaxta qədər davam edəcəyinin bəlli olmaması xüsusilə nəzərə alınmalıdır. Amma bu o demək deyil ki, avronun dəyərinin davamlı şəkildə aşağı düşməsi manatın, Azərbaycanın pul vahidinin məzənnəsinə təsir edə bilər. Belə bir təsir məntiqi deyil. Avronun ucuzlaşmasının ölkəmizə yeganə təsiri yalnız avro ilə olan maliyyə ehtiyatlarımızla bağlı hesab olunur.

Hansısa təsirləri olmasa da belə avronun dəyərinin dollara nisbətən aşağı düşməsi müəyyən suallar doğurur. Ən çox rast gəlinən sual isə, həmin pul vahidinin avronun nə vaxta qədər ucuzlaşacağı ilə bağlıdır. Həqiqətən də, görəsən, avro nə vaxta qədər ucuzlaşacaq? Bir halda ki, Avropa Mərkəzi Bankının tədbirləri heç bir effekt vermir, deməli, bu suala qəti şəkildə doğru cavab vermək çox çətindir. Yəni, avronun nə vaxta qədər ucuzlaşmaqda davam edəcəyini müəyyən etmək olmaz, amma hər bir halda, xüsusən də ABŞ-ın maliyyə tənzimləyicilərinin daha effektiv addımlar atması, eləcə də Amerikanın öz valyutasını əlavə olaraq möhkəmləndirməsi fonunda ilk növbədə Avropada inflyasiya cilovlanmalıdır. Bunun ardınca, yəni inflyasiya cilovlanmasından sonra avronun ucuzlaşması barədə düşünmək olar. Əksini düşünmək belə yanlışlıqdır. Bir sözlə, avronun ucuzlaşması yalnız Avropada müşahidə olunan inflyasiyanın qarşısının alınmasından sonra mümkün görünür. Hər halda, Avropada bu barədə müəyyən işlərin görülməsi planlanmalıdır, çünki bu gedişlə yaxın zamanda avronun dollara nisbətən məzənnəsinin tamamilə aşağı düşəcəyi gözləniləndir. Şübhəsiz ki, bu məqam xüsusilə nəzərə alınır və ümid edirik, sözügedən valyutanın tamamilə dəyərdən düşməməsi üçün tədbirlər işlənib hazırlanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə