İşğaldan azad olunmuş ərazilərdə nə kimi işlər görülür? - İQTİSADÇI-EKSPERT DANIŞDI

İşğaldan azad olunmuş ərazilərdə nə kimi işlər görülür? - İQTİSADÇI-EKSPERT DANIŞDI

“Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdəki yaşayış məntəqələrinin tikintisi və təmiri ilə bağlı verdiyi sərəncamın əsas məqsədi həmin bölgələrdə təmir, tikinti işlərinin layihələndirilməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

İqtisadçı-ekspertin sözlərinə görə, bu kimi layihələr planlaşdırıldığı zaman onlar arasında yol kommunasiyası da həyata keçirilir: “Yəni binalar və ya məktəblər tikildiyi zaman həmin yerlərdə yol infrasturukturu təmin olunur. Lakin bu ayrılan vəsaitin məqsədi şəhər, kənd və qəsəbələrdə yaşayış məntəqələrinin tikilməsidir. Lahiyələndirilmə zamanı da gələcəkdə tikiləcək rayon daxili yolların şəbəkəsi məlum olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə