Azərbaycan iqtisadiyyatının dünyaya uğurlu inteqrasiyası ŞƏRH

İnkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir

Son illər ərzində Azərbaycan iqtisadi cəhətdən böyük və şərəfli yol keçib və bu yol eyni zamanda onu sübut edir ki, ölkəmiz yalnız regional deyil, həm də beynəlxalq cəhətdən iqtisadi potensialını isbatlamaqdadır. Bu reallıq isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, respublikamız regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edən nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən, Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri kimi layihələr, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar.

Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir. Belə ki, regionumuzdan kənarda cərəyan edən qlobal hadisələr fonunda Azərbaycanın iqtisadi cəhətdən uğurlara imza atması artıq ölkəmizin dünyəvi iqtisadi güc mərkəzi olduğunu da təsdiq edir.

Qeyd etmək yerinə düşərdi ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Məhz bu səbəbdən Azərbaycan son 19 ildə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkərək əyani olaraq aparılan iqtisadi islahatlar nəticəsində dünya iqtisadiyyatına inteqrasiya istiqamətində hər gün bir qədər də irəlilədiyimizi isbat etmək mümkündür.

Hətta 44 günlük Vətən müharibəsindən sonra belə, güclü Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına uğurlu inteqrasiyası prosesi davam edir.

Bu gün inamla deyə bilərik ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi formulamız uğurludur. Bizim müasir iqtisadiyyatımız var və formalaşır. Azərbaycan zənginləşir, düşmənimiz isə yoxsullaşır, zəif dövlətə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi siyasətin nəticəsidir.

Xüsusilə vurğulanmalıdır ki, bütün dünyada iqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün olur. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına Ulu Öndərimiz Heydər Əliyev bəxş edib. Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev bu sabitliyi möhkəmləndirdi, xalqın xeyrinə bir sıra qərarlar qəbul edərək həyatın bütün sahələrində inkişafı təmin etdi.

Daha bir mühüm məqamı qeyd etmək yerinə düşərdi. Belə ki, məhz Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə və Vətən müharibəsindən sonra biz işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsinin, ictimai-siyasi sabitliyin, dövlət quruculuğunun hər gün möhkəmləndirilməsinin, sosial-iqtisadi inkişafın, kənd təsərrüfatı və sənayenin inkişafının, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, hərbi quruculuğun və Azərbaycan ordusunun ən müasir silahlarla təchizatının, hərbi sənayenin əsasının qoyulmasının və Azərbaycan mənşəli hərbi texnikanın istehsalının, iqtisadi-struktur islahatların, dünyada sınanmış idarəetmə strukturunun yaradılmasının, beynəlxalq ixtisaslara yiyələnən, xaricdə dövlət hesabına təhsil alan, savadlı, sağlam gəncliyin formalaşmasının, yeni modern, müasir səhiyyə, təhsil ocaqlarının yaranmasının, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi addımların atılmasının, şəffaflığın, etibarlılığın, qarşılıqlı inamın təmin olunmasının, cəmiyyətin, dövlətin inkişafı naminə atılan digər bir çox real addımların şahidiyik.

Artıq əminliklə qeyd edə bilərik ki, ölkə iqtisadiyyatında tərəqqi heç şübhəsiz ki, digər sahələrin də inkişafına təkan verir və dünyanın aparıcı iqtisadi mərkəzləri Azərbaycanın iqtisadiyyatından bəhrələnmək üçün onun beynəlxalq aləmə inteqrasiya prosesini sürətləndirir.

Ölkə regionlarının inkişaf etdirilməsi də diqqətdən qaçmamalıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul edildi, bu proqramların icrası nəticəsində bölgələrimizdə inkişaf sürətləndi, infrastruktur kökündən dəyişdi, yol çəkilişi, su, qaz, elektrik enerjisi ilə təminat insanların rifahını, rahat həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişdi, iqtisadiyyatın inkişafının təkanverici amilinə çevrildi. Beləliklə, bu reallıqlar ölkə iqtisadiyyatının daha geniş sferaya yol açması faktrını isbatlayan uğur gerçəkliyidir.

Almaz Həşimova,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə