Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsində rolu nədən ibarətdir? - İQTİSADÇI AÇIQLADI
"Rusiyanın Azərbaycanın iqtisadi həyatındakı rolu kifayət qədər böyükdür. O cümlədən də xarici ticarət dövriyyəsində də Rusiyanın xüsusi çəkisi digər ölkələrlə müqayisədə ilk üçlükdə yer alır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, biz bunu həm idxalda, həm də ixracda görə bilirik: "Xüsusilə idxalda Rusiya birinci yerdə gəlir. Uzun illərdir ki, bu tendensiya təkrarlanır. Yəni Rusiya idxalı Azərbaycanda hegemon mövqeyə malikdir. İxracda isə üçüncü yerdədir. Bu da artıq Rusiyanın Azərbaycanın ticarət dövriyyəsində hansı yerdə olduğunu göstərir. Təxminən son 5-6 ildir ki, Azərbaycan ilə Rusiya arasında olan ticarət dövriyyəsi təxminən 3 milyard dollar civarında dəyişir. Pandemiya dövründə aldığımız hər 100 dollarlıq ticarət dövriyyəsinin təxminən 33 dolları ixracımız, 66 dolları isə idxalımız idi. Hazırda Azərbaycanın qeyri-neft və kənd təsərrüfatı ixracı üzrə ixrac məhsullarına başçılıq edən pomidordur. Pomidor ixracının kəskin şəkildə artması məhz Rusiya hesabınadır. Düşünürəm ki, Azərbaycan mütləq şəkildə alternativ bazarlara çıxmağa çalışmalıdır. Buna görə də ilk növbədə məhsulun rentabelliyini və keyfiyyət göstəricilərini artırmalıdır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB