Ərzaq bahalaşması nə vaxta qədər davam edəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Ərzaq bahalaşması nə vaxta qədər davam edəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

"Bu gün bütün dünya ölkələrində ərzaq qiymətlərinin artımının şahidi olmaqdayıq. Beləki dünya iqtisadiyyatında baş verən son hadisələr, digər tərəfdən Rusiya-Ukrayna münaqişəsi birmənalı olaraq ərzaq qiymətlərinin artımına öz təsirini göstərir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qiymət artımını araşdırarkən doğru istiqamətlərdə araşdırmaq lazımdır: "Azərbaycanda mövcud olan inflyasiya monetar inflyasiya deyil, bu idxal inflyasıdır. Bu inflyasiyanın qarşısını almaq üçün təbii ki, yerli istehsalı stimullaşdırmaq lazımdır. Yerli istehsalın stimullaşdırılması kontekstində kommersiya bankları sahibkarlara müxtəlif istiqamətlər üzrə müxtəlif rentabellik dərəcələrinə uyğun olaraq aşağı faizlə kreditlər verməlidir. Bu kreditlər verildiyi zaman təbii ki, sektorlar üzrə rentabellik dərəcəsi də nəzərə alınmalıdır. Əgər bir sektorun rentabellik dərəcəsi 3 faizdirsə bu sektora 5 faizlə yox, 1 faizlə kredit verilməlidir. Əgər digər bir sektorun rentabellik dərəcəsi 11 faizdirsə artıq burada 8-9 faizlə kreditlər verilə bilər. Təbii ki, bundan əlavə kommersiya banklarının faiz dərəcəsinin aşağı düşməsi üçün birmənalı olaraq investisiya bankları formalaşmalıdır. Bu bankların əsas kapitalının 50 faizi Mərkəzi Bank tərəfindən təmin olunmalıdır ki, Mərkəzi Bank faiz dərəcələrini aşağı salıb iqtisadiyyatı, xüsusən də daxili istehsalı stimullaşdırmaq istədiyi zaman faiz dərəcəsinin aşağı salınması metodikası işə yarasın. Təbii ki, əgər investisiya banklarının faiz dərəcəsi aşağı düşərsə digər kommersiya bankları da rəqabət şəraitində öz faiz dərəcələrini aşağı salacaqlar. Bu tədbirlər yerli istehsalı stimullaşdıran tədbirlərdir ki, yeri istehsalın stimullaşdırılması idxalın müəyyən mənada azaldılması ilə nəticələnir və idxalın azaldılması idxal infliyasiyasına qarşı aparıla bilən ən yaxşı metodikalardan biridir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə