İsveç son 30 ilin ən yüksək aylıq inflyasiya göstəriciləri ilə üzləşib
İsveç son 30 ilin ən yüksək aylıq inflyasiya göstəriciləri ilə üzləşib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumat İsveçin Statistika qurumunun son hesablarmalamasında əks olunub. Məlumata əsasən, may ayında inflyasiya 7,2 faiz təşkil edib ki, bu da İsveçdə 1991-ci ilin dekabrından bəri ən yüksək aylıq inflyasiya səviyyəsidir.
Yüksək inflyasiyanın yaranmasına səbəb olan əsas amil ərzaq məhsullarının, xüsusən də ətin, südün, yumurtanın və pendirin bahalaşması olub. Amma elektrik enerjisi və istirahət xərcləri, eləcə də geyim, mebel, ictimai qida, otellərdə gecələmə qiymətlərinin artması da buna səbəbdir.
Qeyd edək ki, digər Avropa ölkələri ilə yanaşı, İsveçdə də son bir ildə ərzaq və xidmətlərin qiymətlərində xeyli artım müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB