Azərbaycanın əsas tədarük bazarından günəbaxan yağının idxalının artmasına səbəbi nədir? - İQTİSADÇI AÇIQLADI

“Ümumiyyətlə, dünya bazarında bitki yağlarının qıtlığı müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu gün əksər Avropa ölkələrində məhz bitki yağına olan tələbinin ödənilməsində çətinliklər var: “Region da və Avropa bazarında bitki yağı Rusiya tərəfindən ixrac olunurdu. Ukrayna-Rusiya müharibəsi fonunda da Rusiyaya qarşı sanksiyalar bazarda qıtlığın yaranması ilə nəticələndi. Bazarda qıtlığın yaranmaması üçün Azərbaycan operativ addımlar atır. Nazirlər Kabneti tərəfindən qəbul olunan qərarlarında əsas vəzifəsi ərzaq qıtlığının yaranmasının qarşısını almaqdan ibarətdir. Bu baxımdan bitki yağlarına olan tələbin ödənilməməsi də üçündə qıtlığın yaranmamasına görə ölkəmiz tərfindən tədbirlər görülür. Təbii ki, bu qeyd edilən məsələ də məqsəd ərzaq məhsullarına olan tələbin ödənilməsində qıtlığın qarşını öncədən almaq və istehlak bazarındakı tarazlığı qoruyub-saxlamaqdan ibarətdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə