CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 125,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,94 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 124,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,94 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,9 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 118,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,95 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə