İqtisadi obyektlər necə qorunulmalıdır? - İQTİSADÇI DANIŞDI

“Ölkədə iqtisadi əhəmiyyətli obyektlərin sayı saymaqla bitməz qədər çoxdur. Bu obyektlər təbii olaraq özəl təssərrüfat və dövlət obyektləri olaraq iki yerə bölünür”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, özəl obyektlər sahibkarlar tərəfindən, dövlət obyektləri isə dövlət tərəfindən qorunur: “Sadəcə olaraq dövlət tərəfindən bu tip obyektlərin mühafizəsi onların strateji əhəmiyyətinə görə sıralanır. Daha çox strateji əhəmiyyətə sahib obyektlər yüksək səviyyədə qorunur. Sonra isə digərləri digər səviyyələrdə qorunur. Buna görə də düşünürəm ki, digər sektorlarda olan obyektlərin qorunması isə birbaşa sahibkarların özlərindən asılıdır. Obyektlərin qorunması sahiblər tərəfindən verilmiş qərardan asılıdr. Burada oğurluqdan, yanğndan və fors-major hallardan qorunma halları nəzərə alına bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...