Rusiyadan taxılın idxal olunmaması Azərbaycana necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

“Rusiya uzun müddət Azərbaycanın taxıl idxalında ən böyük tərəfdaşı olub. Ötən il Rusiyada 300 milyon dollarlıq taxıl idxal olunub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın idxal etdiyi taxılın təxminən 80 faizə yaxını əvvəlki illərdə Rusiyanın payına düşürdü: “Lakin Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya taxıl ixracatını dayandırıb. Yalnız Azərbaycan deyil, Rusiyadan taxıl alan digər ölkələr də artıq şimal qonşumuzdan taxıl idxal etmirlər. Ona görə də təbii ki, Azərbaycan alternativ olaraq başqa ölkələrdən taxıl idxalını həyata keçirməyə çalışır. Azərbaycan Ruysiya-Ukrayna müharibəsi başlamazdan öncədə taxıl ehtiyatlarını artırmağa çalışırdı. Bu ilin yanvar ayında Azərbaycanın idxal etdiyi taxılın həcmi 4 dəfə artıb. Bu da bir başa daha çox ehtiyatların formalaşması ilə bağlı idi. Təbii ki, alternativ mənbələrlə yanaşı yerli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir. Nəzərə alsaq ki, artıq gələn ay mövsümi olaraq taxıl biçimi başlayacaq. Bu da yerli istehsalın yerli tələbinin ödənilməsi baxımından vacibdir. Son proseslər onu göstərir ki, indiki halda Azərbaycan üçün əsas prioritet yerli istehsalın genişləndirilməsi, istehlakın daha çox daxili mənbələr hesabına ödənilməsinə nail olmaqdır. Hazırda istehlakın 60 faizi yerli, 40 faizi isə idxal hesabına ödənilir. Bu da ondan xəbər verir ki, istehsalın genişləndirilməsi azərbaycanda daxil olan tələbin daha çox yerli mənbələr hesabına ödənilməsinə gətirib çıxarda bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...