Türkiyənin PTT-nin (Poçt və Teleqraf Təşkilatının Baş İdarəsi) törəmə şirkəti olan PtteM Çinin ən böyük onlayn alış-veriş platformalarından birində elektron mağaza açıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Yeni açılan e-mağazada artıq 8 Türkiyə brendi öz yerini tutub.
Elektron mağazanın ixraca töhfə verəcəyi gözlənilir.
Xatırladaq ki, Çin 2 trilyon dolları keçən həcmi ilə dünyanın ən böyük elektron ticarət bazarıdır. Ölkədə 970 milyon internet istifadəçisi var.
PtteM mağazasının yerləşdiyi jd.com platforması 350 milyondan çox aktiv istifadəçiyə malikdir.
Türkiyə şirkətləri əlavə sərmayə qoymadan bu platformadan yararlana biləcək.
Qeyd edək ki, sərhədlərarası elektron ticarət idxal prosesini və Çin istehlakçısına çıxışı asanlaşdırır.
PtteM-in Çində açdığı e-mağaza Türkiyə ixracatçılarına Çin bazarında daha aktiv olmaq imkanı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB