“Moodys” qlobal inflyasiya ilə bağlı açıqlama verib

“Moodys” qlobal inflyasiya ilə bağlı açıqlama verib

Beynəlxalq kredit reytinq agentliyi “Moodys” qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim səviyyədə qalacağını bildirib.

SİA xəbər verir ki, "Moodys"dən verilən açıqlamada, artan ərzaq və yanacaq qiymətləri ilə 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi və tədarük zəncirindəki pozulmaların təsiri ilə inflyasiya təzyiqlərinin daha qabarıq olacağı və gözləniləndən daha uzun sürəcəyi ifadə edilib.

İnkişaf etmiş iqtisadiyyatlarda artan əmək xərclərinin və artan inflyasiya gözləntilərinin riskləri artırdığına diqqət çəkilərək, davamlı olaraq yüksələn inflyasiyanın xüsusilə iqtisadi inkişafın yavaşladığı və faiz dərəcələrinin yüksəldiyi bir dövrdə ölkələr üçün mənfi kredit təsirlərinin olacağı bildirilib.

“Qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim qalacağını gözləyirik, inflyasiya riskləri yüksələn xətt üzrədir”, - deyə məlumatda bildirilib.

İnflyasiyanın daha "davamlı" olması halında ölkələrin uzun müddət daha yüksək maliyyələşdirmə xərclərinə məruz qalacağına işarə edilərək, daha uzun sürən yüksək inflyasiyanın sosial və siyasi riskləri daha da artıracağı ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə