2022-ci ildə neftə qlobal tələbatı azalacaq

Bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb
2022-ci ildə neftə qlobal tələbatı azalacaq

Ukraynadakı hərbi əməliyyatlar və koronavirus pandemiyasının təsirlərinin davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb. Proqnoza görə, 2022-ci ildə dünya üzrə neftə gündəlik tələbat 400 min barrel azalaraq 100,5 milyon barrel olacaq.

Geosiyasi gedişatla yanaşı, koronavirusun “omikron” ştamının Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda, Rusiyada xam neft istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il ərzində orta hesabla 11,2 milyon barrel olacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə