Qaz ve elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanları dəyərləndirdik - ENERGETİKA NAZİRİ
Azərbaycan və Türkiyə arasında təbii qaz ve elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Tvitter" səhifəsində yazıb.
"Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə təbii qaz ve elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanları dəyərləndirdik", - nazir qeyd edib.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov martın 11-13-də Türkiyənin Antaliya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB