Rusiyaya böhrandan çıxmaq üçün nə qədər vəsait lazım olacaq?
Deməli təsadüdi deyilmirmiş... Belə ki, Rusiya Federasiyasının prezidenri Vladimir Putin bir müddət bundan əvvəl Ukrayna ilə müharibənin Rusiya iqtisadiyyatını 20 il geri atdığını bildirmişdi. İndi isə Nazirlər Kabinetinin plan layihəsində etiraf olunur: Rusiya iqtisadiyyatına sanksiyaların təsirindən çıxmaq üçün 1 trilyon rubldan çox vəsait lazım olacaq.
SİA bu barədə “iz.ru” saytına istinad edir.
Qeyd edək ki, təqdim edilən 1 trilyon rubl müharibənin 15-ci gününə olan proqnozdur. Amma unutmaq lazım deyil ki, müharibə hələ bitməyib...gedir və bu 1 trilyon rubl sabah 2 və ya daha da çox ola bilər.
Beləliklə, saytın yazdı\ına görə, bu vəsaitin böyük hissəsi sosial dəstəyə, daha doğrusu məşğulluğun stimullaşdırılmasına və işsiz qalanlara yönləndiriləcək. Kiçik və orta biznesə kömək üçün 23,3 milyard rubl, sənayeni dəstəkləmək üçün isə 20 milyard rubl ayrılacaq.
Əmanətlərin sığortalanması həddinin 1,4 milyon rubldan 2 milyon rubla qədər artırılması da nəzərdən keçirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB