Zara və Zara Home, Oysho, Bershka, Massimo Dutti, Pull&Bear və Stradivarius geyim brendlərinin sahibi olan Inditex şirkəti Rusiyadakı 500-dən çox mağaza və onlayn satışını müvəqqəti bağlamaq qərarına gəlib.
SİA bu barədə İspaniyanın Valencia Plaza və El Mundo nəşrlərinin yazdığına istinad edir.
Mövcud şərtlərdə şirkət Rusiyada "fəaliyyətlərinin davamlılığına zəmanət verə bilməz" bəyanatı ilə çıxış edən Inditex, bununla yanaşı müvəqqəti də olsa işdən uzaqlaşdırılan 9000 işçi üçün dəstək planı hazırlayacağını bəyan edib.
Bu arada El Mundo nəşri Rusiyanın İspaniyadan sonra pərakəndə satış üçün ən böyük baza olduğunu da etiraf edib. Nəçein yazdığına görə, mənfəətinin 8,5 faizi Rusiyanın payına düşürdü.
Nazlı Babayeva




USD
EUR
GBP
RUB