Azərbaycan həmişə çox etibarlı, strateji partnyor olub - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan həmişə çox etibarlı, strateji partnyor olub - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın ildən-ilə yox, aydan-aya iqtisadi qüdrəti və beynəlxalq-iqtisadi təsiri artır, həmçinin energetika sahəsində Azərbaycan hal-hazırda 2 qitədə, yəni Avropa və Asiya qitəsində öz siyasətini uğurla davam etdirir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, bu qitələrdə olan bir çox ölkələr Azərbaycanla işləmək marağındadır: "Azərbaycan həmişə çox etibarlı, strateji partnyor olub, hər bir sözə əməl edib.

İstənilən layihənin həyata keçirərkən istər maliyyə, istər beynəlxalq hüquq tərəfdən, istərsə də başqa ölkələrin liderləri tərəfindən dəstəklənib. Azərbaycan Türkiyə, Rusiya, Türkmənistan, İran, Gürcüstan, Avropanın bir neçə ölkəsi, o cümlədən İtaliya ilə öz siyasi əlaqələrini qurur. Azərbaycan bir strateji energetik tərəfdaş kimi çoxdan qəbul olunub və bu, dünyada nüfuzumuzun artmasında böyük rol oynayır.

Ümumiyyətlə Azərbaycanın bütün sahələrdə nüfuzu artıb, ələlxüsus Zəfər qələbəmizdən sonra. Düşünürəm ki, əhalini, ərazini nəzərə alaraq iqtisadi cəhətdən ən stabil qüdrətli ölkələrdən biriyik. Qeyd edim ki, biz bu sahədə yenə öz sözlərimizi deyəcəyik, yeni layihələr həyata keçirəcəyik, inkişaf etdirəcəyik. Diversifikasiyanı həyata keçirəcəyik. Əgər “TAP”, “TANAP” xətti ilə Avropaya keçən il 8 milyard kubmetr qaz ixac edirdiksə, indi isə10 milyard, hətta ondan da çox kubmetr qazın ixrac edilməsi nəzərdə tutulub. Həm də tranzit ölkəyə çevirilmişik. Türkmənistanla, İranla olan danışıqlarımız çox uğurla həyata keçirilir. Artıq bütün dünya bununla razılaşır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə