İsveçdə elektrik enerjisi və yanacağın qiymətlərinin artması fonunda noyabr ayında inflyasiya 3,6%-ə çatıb ki, bu da son 28 ildə rekord göstəricidir.
SİA xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.
“İstehlakçı qiymətləri indeksinə görə inflyasiya 2021-ci ilin noyabr ayında 3,6 faiz təşkil edib. İnflyasiyanın səviyyəsinə əsasən elektrik enerjisi və yanacağın qiymətlərinin artması təsir edib”, – məlumatda deyilir.
Qurumun statistik mütəxəssisi Mikael Nurdinin sözlərinə görə, enerji qiymətlərinin artması 1993-cü ilin dekabrından bəri ən yüksək inflyasiya səviyyəsinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB