Növbəti 4 ildə ÜDM-in həcmi 101 milyard manatdan artıq olacaq - BVF-in HESABATI

Növbəti 4 ildə ÜDM-in həcmi 101 milyard manatdan artıq olacaq - BVF-in HESABATI

2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 101,246 milyard manat səviyyəsində proqnozlaşdırılır. SİA bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanın nominal ÜDM-i 93 milyard manat, 2023-cü ildə 95 milyard manat, 2024-cü ildə 98 milyard manat təşkil edəcək.

Fondun qısamüddətli proqnozlarına əsasən isə, 2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulu 89,5 milyard manata bərabər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə