Çin texnonəhənglərə qarşı ultimatum irəli sürüb

Çin texnonəhənglərə qarşı ultimatum irəli sürüb

Çin Honkonq birjasına daxil olmaq istəyən texnoloji şirkətlərdən kiberhücuma dayanıqlıq testindən keçmələrini tələb edəcək.

"Bloomberg"in verdiyi məlumata görə, belə bir ultimatum texnologiya nəhənglərinin topladığı məlumatlara nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürülüb.

IPO-dan (ilkin ictimai təklif - red.) öncə şirkətlər Çinin Kibertəhlükəsizlik Təşkilatından icazə almalıdırlar. Yeni qaydalar bununlar bağlı qanunvericiliyin genişləndirilməsi (internetdə məlumatların təhlükəsizliyi və məxfiliyinə dair tələblər əlavə edilib - red.) ilə əlaqədardır.

Hökumət özəl şirkətlərin qəbul edilmiş kibertəhlükəsizlik tədbirlərinə əməl etməsinə nəzarət etməyi planlaşdırır.

Məlumatlar toplayan və milli təhlükəsizliklə əlaqəli olan Çinin internet-şirkətləri də birləşmələr, ayrılmalar və yenidən strukturlaşmadan əvvəl hökumətdən icazə almalıdırlar. Tənzimləyici orqanların təsdiqi olmadan texnologiya nəhəngləri xaricdə mənzil-qərargah yarada bilməyəcəklər.

İtifadəçilərin məxfiliyini və məlumat təhlükəsizliyini qorumaq niyyətini Çinin Milli Bankı 2021-ci ilin oktyabr ayının əvvəlində açıqlayıb. Tənzimləyicinin sədri Yi Qan ölkənin maliyyə texnologiyaları sektorundan olan şirkətlərə qarşı yeni tədbirlər tətbiq etməyə davam edəcəyinə söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə