Dövlət Vergi Xidməti (DVX) tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 49 min 548 ədəd yeni nəsil NKA quraşdırılıb.
DVX-dən SİA -ya verilən məlumata əsasən, NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2021-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 12,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB