Rusiya qazının Ukrayna ərazisindən tranziti məsələsi nəhayət ki, bir neçə ildən sonra, yəni hazırda tikintisi aparılan dolama qaz kəmərləri tam işə düşəndən sonra bağlanacaq.
O zaman Ukraynanın qaz nəqli sistemi Rusiya üçün strateji əhəmiyyətini də itirəcək.
“PolitNavigator”un müxbiri xəbər verir ki, bunu rusiyalı politoloq Oleq Bondarenko “Naş” telekanalının efirində deyib.
Qeyd edək ki, bu gün Moskva çoxlu pul yatırıb Ukraynadan yan keçən iki nəhəng qaz kəmərinin tikintisini başa çatdırmaq üzrədir. Onu da bildirək ki, tikintiyə yatırılan vəsaitlərdə , təkcə Rusiyanın deyil, Almaniyanın, Fransanın və hətta Türkiyənin də payı var.
Təbii ki, tikinti başa çatandan sonra Kremlə təsir gücünü itirən Ukrayna ərazisinin yarısı qazsız qala bilər. Yəni belə olan halda Ukraynanın qaz nəqli sistemi də yanacaq nəqlini dayandırmağa məcbur olar.
Bildirək ki, bunu isə iqtisadçı ekspert Viktor Skarşevski “Birinci Müstəqil” telekanalın efirindən danışarkən etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB