Özbəkistan Azərbaycanın iqtisadi inkişaf modelini öyrənir

Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin Azərbaycanın iqtisadi inkişaf modelinin öyrənilməsi məqsədilə ölkəmizə səfəri başlayır. Prezident İlham Əliyevin rəhbərliyilə yaradılmış iqtisadi islahatların idarə edilməsi modeli, ASAN, DOST, KOBİA, Azexport kimi brendlərin təcrübəsi özbək nümayəndə heyəti tərəfindən öyrəniləcək. Prezident Administrasiyası, Milli Məclis və müxtəlif dövlət qurumlarında görüşlərin keçirilməsi planlaşdırılır.

Özbəkistan nümayəndə heyətinin səfərinin təşkilatçısı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. Səfərin gedişində Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə