Türkiyə 2021-ci ilin yanvar-sentyabr dövründə 115 ölkəyə çay ixracından 13 milyon 212 min dollar gəlir əldə edib.
Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) sədr müavini Əhməd Hamdi Gürdoğan bu barədə yazılı açıqlama verib. O qeyd edib ki, cari ilin ilk 9 ayında 3.247 ton çay ixrac edilib. SİA bu barədə türk mətbuatına istinad edir.
Gürdoğanın sözlərinə görə ən çox çay ixrac edilən ölkələr arasında Belçika, Almaniya, Amerika Birləşmiş Ştatları, Hollandiya və Şimali kipr Türk Respublikası iştirak edib. Əhməd Hamdi Gürdoğan Türkiyənin çay ixrac etdiyi ölkə sayının 115-ə çatdığını, bunun əhəmiyyətli inkişaf olduğunu sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB