Vətəndaşların əlində qalan özəlləşdirmə çekləri haqda qərar nə vaxt olacaq? - İQTİSADÇI-EKSPERT AÇIQLADI
“Özəlləşdirmə çeklərinin müddəti birinci dəfə olaraq çoxdan bitib və vətəndaşların əlində özəlləşdirmə çeklərinin qalması səbəbi ilə bu təcrübə istifadə edilib və vaxt uzadılıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Eldəniz Əmirov qeyd edib ki, qarşıdakı müddətdə hansısa bir vaxtda yenidən özəlləşdirmə çeklərinin vaxtının uzadılmasını düşünmürəm: “Bunun uzadılması ilə bağlı müəyyən istəklər ola bilər. Amma bunun mənfi tərəfləri də var. Artıq özəlləşdirmə saxtalarının hazırlanması və yaxud da ki, praktiki olaraq istifadəsinin nə qədər səmərəli olub-olmaması kimi məsələlər, suallar var ki, bununla bağlı hər hansı bir qərarın verilməməsi belə ona qoyulmuş vaxtın uzadılmaması ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB