Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 000 ABŞ dolları ötüb. Bu barədə SİA birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 28 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 1 030 dollara yaxınlaşıb. Hərracların açıldığı vaxt bu göstərici 992 dollara yaxın idi.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları üstələyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə