Rusiya Azərbaycana investisiyanı artırmaq niyyətindədir

Azərbaycan ilə Rusiya arasında 2021 -ci ilin yeddi ayı ərzində iqtisadi əlaqələrin əvvəlki iki ilin eyni dövrü ilə müqayisədə artdığını bildirən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov iki ölkə arasında uzunmüddətli ortaqlıqlar qurmaq niyyətində olduğunu bildirib.

Azərbaycanlı istehsalçılar da öz növbəsində Rusiyaya meyvə-tərəvəz, kimyəvi və qida məhsulları ixrac edirlər.

Yeri gəlmişkən, Azərbaycan plastmasının və ondan hazırlanan məhsulların qonşu ölkəyə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə bu il 3,6 dəfə artıb.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkələr arasında ticarət dövriyyəsi 8,2 faiz artaraq əvvəlki iki ilin göstəricilərini üstələyib.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın iğşaldan azad edilmiş bölgələrinin sosial-iqtisadi potensialının bərpasında iştirak etmək niyyətindədir. Bu istiqamətdə maşınqayırma, enerji avadanlığı, tikinti materialları sahələri xüsusi maraq kəsb edir.

Digər vacib əməkdaşlıq sahəsi isə əczaçılıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...