Tanınmış iqtisadçı Vüqar Bayramovun müəllifi olduğu iqtisadiyyat kitabı ABŞ-da nəşr edilib. SİA-nın məlumatına görə, tanınmış iqtisadçılar Mariam T. Tennoe və Susan F. Henssonovun redaktorluğu ilə ingilis dilində işıq üzü görən kitabda azərbaycanlı iqtisadçının son illər nəşr edilən məqalələri və eləcə də hazırladığı iqtisadi modelləri öz əksini tapıb. Kitaba giriş sözünü tanınmış alim Lambert M. Surhone yazıb.
"Mauritius Publishing House" tərəfindən nəşr edilən kitabda qlobal iqtisadi modellər və eləcə də böhran iqtisadiyyatı ilə bağlı fikirlərə yer verilib. Kitabda həmçinin qlobal iqtisadi böhranlar və eləcə də "böhran reseptləri" öz əksini tapıb.
Qeyd edək ki, V.Bayramov ABŞ-da iqtisadi modellər ilə bağlı kitabı dərc edilən ilk azərbaycanlı alimdir. Kitab artıq ABŞ-la yanaşı əksər Avropa ölkələrində satışa çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB