Gürcüstan Azərbaycandan kreditin alınması barədə sazişi ratifikasiya edib
Gürcüstan parlamenti Azərbaycanın bu ölkəyə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin başa çatdırılması üçün 575 milyon dollar məbləğində uzunmüddətli kredit ayırması barədə sazişi ratifikasiya edib. SİA-nın "Qruziya-online" agentliyinə istinadən verdiyi xəbərə görə, kredit 2007-ci ildə Azərbaycanın 200 milyon dollarlıq ilk krediti ayırdığı 2007-ci ildən dəmir yolunun tikintisi ilə məşğul olan "Marabda-Karçax" ASC-yə veriləcək.
Eyni zamanda kreditin yarısı 2011-ci ilin sonunadək xərclənəcək. Gələn il isə verilmiş kredit çərçivəsində Gürcüstanın qərbindəki Axalkalaki şəhərində dəmir yolu stansiyasının inşası nəzərdə tutulur. Stansiyanın inşası 200-300 milyon dollara başa gələcək. Yolun özü isə 2012-ci ildə istismara verilməlidir. Gürcüstanda dəmir yolunun Axalkalaki-Marabda-Tiflis hissəsinin yenidən qurulması da nəzərdə tutulur. Bununla yolun ötürücülük qabiliyyəti ildə 15 milyon tonadək artacaq.
Qeyd edək ki, kredit xətti iki tranşdan ibarətdir (Tranş A və Tranş B). Tranş A - illik dərəcəsi 1 faiz olmaqla 25 il müddətinə 200 milyon ABŞ dolları həcmində, Tranş B - illik dərəcəsi 5 faiz olmaqla 25 il müddətinə 575 milyon ABŞ dolları həcmindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB