CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 10-da 73,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,71 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə