“Bu, ölkədə su təsərrüfatının inkişafına tövhələr verəcək” - İQTİSADÇININ ŞƏRHİ

"Cənab Prezident tərəfindən imzalanan son Sərəncam da, həmişə olduğu kimi, ölkədə su təsərrüfatının inkişafına tövhələr verəcək". Bu sözləri SİA-ya verdiyi açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov söyləyib.

O diqqətə çatdırıb ki, ancaq bu sahədə ciddi problemlərimiz var.

“Su təsərrüfatı balansı ilə bağlı 2019-cu ildə Nazirlər Kabinetinin qərarı var və bu işlər tam oturuşmayıb. Düşünürəm ki, bu, suvarmanın, əkin sahələrinin suvarılması istiqamətində işlərin təkmilləşdirilməsi ilə bağlı ciddi tövhələr verəcək, amma ilk öncə su balansımızı, su təsərrüfatı balansımızı biz qaydasına qoymalıyıq ki, gələcəkdə bir çox məsələləri planlaşdıra bilək.

Eyni zamanda demək istəyirəm ki, bu su təsərrüfatı sahəsinə yatırılan vəsaitin tam verimliliyi artıq hesablanmağa başlanılmalıdır. Su təsərrüfatının təkmilləşdirilməsi ilə bağlı Azərbaycan hökuməti vəsait xərcləyir. Artıq fond verimliliyin hesablanması həyata keçirilməlidir”, deyə iqtisadçı-ekspert Asif İbrahimov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə