"Financial Times", "New York Times", "Bloomberg News" və "The Guardian" kimi beynəlxalq medianın veb saytları naməlum səbəbdən dayanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əl-Cəzirə telekanalının hesabatında "Financial Times", "New York Times" və "Bloomberg News" daxil olmaqla xəbər təşkilatlarına aid bir çox veb sayt donub. CNN və Le Monde saytları da donan saytlar arasında yer alır.
Bundan əlavə, Amerikanın elektron ticarət nəhəngi sayılan Amazonun veb saytı da bu texniki xəta ilə üz-üzə qalsa da, Amazon rəhbərliyi bu barədə hələ şərh verməyib. Veb saytlara təsir edən problemin mənbəyi hələ araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB