Ölkədə xam neft hasilatı 10 min barrel artırılacaq? - İQTİSADÇI FAKTLARA TOXUNDU
“Azərbaycanda neft hasilatının artımı, yəni bunu OPEK-də Beynəlxalq Enerji Agentliyi də öz hesababtlarında qeyd edib, nədən qaynaqlanır? Bir il əvvəl, 2020-ci ilin may ayından etibarən Azərbaycanda neft hasilatının adminstrativ yolla azaldılmasına başlanıldı və sonradan tədricən, 2021-ci il yanvar ayından başlayaraq bu hasilatın artımı ilə bağlı bizim kvotalar yüksəldi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, indi, yəni may ayının 1-dən yeni kvotalar müəyyənləşdirilib və may, iyun, iyul aylarına baxsaq, Azərbaycan 620 min barelə qədər avqust ayına qədər gündəlik təkcə neft hasilatını artıracaq.
“Ümumən biz götürüb Dövlət Statistika Komitəsinin hesabatına baxanda görürük ki, biz heç də neft hasilatımızı, yəni maye karbohidrogen hasilatımızı artırmaq iqtidarında hələ deyilik. Bizdə azalma hələ davam edir. Çünki, quyuları bağlamışıq, quyuları yenidən işə salmaq heç də asan məsələ deyil və bunu nəzərə alsaq ki, həm Azneftin yataqları köhnədir və o quyularda hasilatın bərpası bir xeyli vaxt tələb edir, bəzilərində də ola bilsin ki, əvvəlki göstəricilərə belə heç çatmaya bilər. Bax belə bir mürəkkəbliklər var və ona görə də hasilat azalır.
İkinci bir tərəfdən “Şahdəniz 1” layihəsi çərçivəsində artıq 2 aya yaxındır ki, hasilat dayanıb, yəni kondensat azalıb. Bu da bizim hasilatın azalması ilə əlaqədardır. Yəni, müqavilə başa çatıb, yeni müqavilə imzalamamışıq, ancaq ümidvarıq ki, bu yaxın vaxtlarda imzalanacaq, yenidən “Şahdəniz 1” layihəsi üzrə də ixracat başlayacaq, kondensat hasilatı da artacaq və o cümlədən də beynəlxalq ekspertlərin verdiyi rəylərə görə də Azərbaycanda neft hasilatı ilin ikinci yarısında artıma doğru gedəcək. Əlbəttə ki, neftin qiymətləri də bu səviyyədə qalarsa, deməli, bizim gəlirlərimizə də müsbət mənada təsir edəcək”, deyə İlham Şaban bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB