“Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək” EKSPERT ŞƏRH ETDİ
Filiz yataqlarının istifadəyə verilməsi, Azərbaycanda filiz istehsalının genişləndirilməsi, eyni zamanda bu istiqamətlərdə ölkəyə valyuta daxilolmalarının artmasına imkan yaradacaq. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, nəzərə alsaq ki, hazırda dünya bazarında filizin qiymətlərində artımlar müşahidə edilir, eyni zamanda filiz strateji məhsul olaraq ölkəyə ən çox valyuta gətirən məhsullardan biri kimi qiymətləndirilir və mütəmadi olaraq biz dünya bazarında filizə tələbin artmasını müşahidə edirik.
“Xüsusən qonşu ölkələrdə, regionda, o cümlədən Avropa Birliyində bu məhsullara tələbin artması istehsal edilən məhsulların ixrac imkanlarının yaranmasından xəbər verəcək. O baxımdan bir tərəfdən yataqların qiymətləndirilməsi və işlənməsi yeni iş yerlərinin yaradılmasına imkan verəcək, nəzərə alsaq ki, burada həm ixtisaslı kadrlar, həm də digər vətəndaşlarımızın işlə təmin olunmasına imkan yaradılacaq və nəticə etibarı ilə bu, məşğulluğun təmin edilməsi baxımından çox vacibdir.
Digər tərəfdən bu imkan verəcək ki, Azərbaycan filizə olan tələbi yerli istehsal hesabına ödəməklə yanaşı həm də məhsulların bir qismini ixrac etsin, bu da ölkəyə daha çox daxil olmasına imkan verəcək və nəticə etibarı ilə bu, Azərbaycana daxil olan valyutanın həcminin artmasına imkan verəcək. Xüsusən, nəzərə alsaq ki, bu məhsulun ixracatından əldə edilən gəlirlər daha dayanaqlı hesab olunur, bu da təbii ki, Azərbaycana valyuta gəlirləri və bütövlükdə dövlət gəlirlərimizin artmasına imkan yaradacaq. O baxımdan yataqların işlənməsi və bu istiqamətdə istehsalın genişləndirilməsi Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Xüsusən nəzərə alsaq ki, 2021 və növbəti illərdə Azərbaycan iqtisadiyyatında artım tempinin bərpa edilməsi və daha sürətli iqtisadi artım proqnozlaşdırılır və nəticədə bu da təbii ki, Azərbaycanda proqnozlaşdırılan iqtisadi artıma müsbət töhfələrini verəcək” deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB