Azərbaycan və Türkiyənin bir sıra telekommunikasiya şirkətləri bir araya gəliblər
Bu gün İstanbul Ticarət palatasının və Türkiyə Telekommunikasiya Qurumunun (TTQ) birgə təşkilatçılığı ilə TTQ-nin baş direktoru Tayfun Acererin başçılıq etdiyi informasiya texnologiyaları sahəsi üzrə iş adamlarından ibarət nümayəndə heyətinin toplantısı keçirilib.
Tədbirdə ilk olaraq çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin (RİTN) müavini İltimas Məmmədov bildirib ki, görüşün məqsədi hər iki ölkə arasında əldə olunan informasiya texnologiyaları sahəsində əlaqələrin daha da gücləndirilməsi, ayrı- ayrı şirkətlər arasında əməkdaşlıq perspektivlərinin müəyyən olunmasıdır.
Nazir müavini onu da qeyd edib ki, bu toplantıda 40-a yaxın şirkət təmsil olunur: "Azərbaycandan 30-a yaxın şirkət iştirak edir. Şirkətlərin bir çoxu isə şirkətlər qrupu şəklində iştirak edirlər. Həmin şirkətlərin adından isə 50-ə yaxın mütəxəssis özlərinin təmsil olunduğu şirkəti bu toplantıda təmsil edəcək. "
Tayfun Acerer isə çıxışında vurğulayıb ki, bu toplantıda eyni millət, iki dövlət olan Türkiyə və Azərbaycanın şirkətləri nümayiş olunur: "Toplantıda "Türksat" dövlət şirkəti istisna olmaqla digərləri özəl qurumlardır".
TTQ-nin baş direktoru onu da xüsusi qeyd edib ki, oktyabrda Türkiyədə keçirilən Sevit toplantısında Azərbaycan şirkətləri də iştirak edə bilərlər.
Qeyd edək ki, günün birinci yarısında nümayəndələr Rabitə və İnformasiya Texnologiyaları naziri ilə görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB